waplog

Robotlar üçün ensiklopediya yaradılıb


Vikipediya tipli onlayn ensiklopediya olan Robopediya fəaliyyətə başlamışdır. RobotAppStore.com saytı tərəfindən istifadəyə verilmiş resursda robotlar haqqında videolar, proqramlar, təsvirlər və izahlı məlumatlar əldə etmək olar.
 
RobotAppStore.com saytının rəhbəri Eled İnber bildirib ki, robotlar haqqında məlumatın çatışmazlığı onların xidmətinin ən böyük problemi idi.
 
E.İnber hər bir layihə iştirakçısının qeydləri redaktə etmək və onlara əlavələr etmək imkanı olduğundan, gün ərzində istifadəçilər tərəfindən çox sayda fərqli məlumatların daxil olduğunu bildirib. Onun sözlərinə görə, komponentlər və robot konstruksiyalarına hər zaman kifayət qədər böyük diqqət ayrılır.
 
http://www.tzoom.com.ua/ saytının məlumatına görə, Robopediyada yeni başlayan və təcrübəli proqramçılar üçün robotların işləmə prinsipləri, terminologiyası haqqında məlumatlar, həmçinin müxtəlif növ robotlar üçün proqram təminatlarının yaradılması barədə izahatlar verilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL