waplog

Rentgen lazeri almazın içərisindəki elektronları görməyə imkan verir


Fiziklər almazın kristalındakı karbon atomlarının ətrafında dövr edən ayrı- ayrı elektronların ilk fotogörüntülərini əldə etmək üçün LCLS- güclü rentgen lazerindən istifadə ediblər. Əldə edilən nəticələr “Nature” jurnalında dərc edilib .

Kaliforniyanın SLAC ABŞ Milli sürətləndirici laboratoriyasında LCLS şüalandırıcısı bugünkü gündə azad elektronlar üzərində olan ən güclü rentgen lazeridir. Bu qurğu elementar zərrəciklər fizikası sahəsində və bu elmin digər bölmələrində müxtəlif eksperimentlərin aparılması üçün istifadə olunur.

Belə ki, 2012-ci ilin fevralında alimlər ilk dəfə olaraq virus hissəciklərinin təsvirini yüksək sıxlıqda əldə etməyə nail olublar. Bu ilin mayında isə zülalın molekulunda ayrı-ayrı atomların nəzərdən keçirilməsi mümkün oldu.

Berklidə (ABŞ) Lourens adına Milli Laboratoriyanın Torton Qloverin rəhbərliyi ilə bir qrup əməkdaşı belə güman edirlər ki, onların bu işləri digər fiziklərə bir çox mürəkkəb kimyəvi reaksiyaların, o cümlədən fotosintezin gedişatına “baxmağa” kömək edəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL