waplog

“Nar Mobile” London Paralimpiya Oyunlarında ilk medal qazanan idmançımızı təbrik edir


“Nar Mobile”-ın kommunikasiya tərəfdaşı olduğu Milli Olimpiya və Paralimpiya yığmamızın nümayəndəsi Ramin İbrahimov Azərbaycana ilk qızıl medalı qazandırıb. Belə ki, avqustun 30-da 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ramin İbrahimov finalda çinli Xiaodong Liyə qalib gələrək Paralimpiya çempionu olub.

“Nar Mobile” bu münasibətlə idmançılarımızı təbrik edərək, Paralimpiya Oyunlarında iştirak edən növbəti idmançılara uğurlar diləyir. Biz “Nar Mobile” şirkəti olaraq Azərbaycanı təmsil edən hər bir idmançı ilə fəxr edirik və onlara dəstək olmağı qarşımızda məqsəd kimi qoyuruq.

Qeyd edək ki, bir müddət əvvəl başa çatmış “London 2012” Olimpiya Oyunlarında Azərbaycan hesabında 10 medal ilə 30 güclü ölkə sırasına daxil olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL