waplog

“Apple TV”-yə rəqib gəlir


Veb-mənbələrin məlumatına görə, “Research in Motion” (RIM) şirkəti, tezliklə “Apple TV”-nin analoqunu istehsal edə bilər. “BlackBerry Cyclone” xarici görünüşünə görə “BlackBerry Presenter” qurğusunu xatırladır. “BlackBerry Presenter” qurğusu “PowerPoint” təqdimatını və ya “BlackBerry” smartfonunda saxlanılan PDF fayllarını monitor və ya proyeksiya ekranında göstərməyə icazə verir.
“BlackBerry Cyclone” qurğusu vasitəsilə istifadəçilər televizorda multimedia materiallarına internetdən və ya DLNA (ev şəbəkəsi üzrə müxtəlif məzmunlu - təsvir, musiqi, video ötürməyə və qəbul etməyə icazə verir) standartına uyğun qurğular vasitəsilə baxa bilərlər.
“BlackBerry Cyclone” HDMİ rəqəmli interfeysi və “Wi-Fi” simsiz əlaqə kontrolleri ilə təchiz olunub; “Netflix” və “YouTube” kimi onlayn xidmətlərinin dəstəyi bildirilib. Yeniliyin nə zaman və hansı qiymətə satışa çıxarılacağı haqqında məlumat yoxdur.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL