waplog

Oranqutanlar da "iPad" planşetindən istifadə edirlər?!


ABŞ və Kanadada yerləşən 12 heyvanat parkının işçiləri meymunların müxtəlif tətbiqləri icra edərək planşetdən istifadəni xoşladıqlarını aşkar ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, meymunlara planşetlərdən istifadəni öyrədən tətbiq “Apps for Apes” adlanır. Heyvanat parklarının işçiləri həftədə bir neçə dəfə hər oranqutana “iPad” planşet kompyuterindən istifadə imkanı yaradır. "Onlar insanlara çox oxşardır. Planşetə toxunurlar, “YouTube”-da videoya, digər oranqutanların fotolarına baxırlar” – “Orangutan Outreach” qeyri-kommersiya təşkilatının direktoru Devid Simerman bildirib.

Oranqutanlar "alma" planşetlərindən həftədə iki dəfə istifadə edirlər. Heyvanlar planşet arxasında 30 dəqiqə vaxt keçirirlər. Meymunlar arasında rəsm çəkmək üçün proqramlar, musiqi tətbiqləri və videoya baxmaq üçün proqramlar daha populyardır. "Onlar kitab-oyuncağa baxan uşaq kimidirlər" - Simerman əlavə edib və bildirib ki, oranqutanların intellekt səviyyəsi balaca uşağın ağlı ilə eyni səviyyədədir.

Heyvanat parkının işçiləri planşetlərdən yalnız meymunların əyləncəsi üçün istifadə etmək istəmirlər. Onlar meymunların “iPad” vasitəsilə insanlarla daha yaxşı ünsiyyət saxlaması üsullarını araşdırırlar. "Təsəvvür edin ki, oranqutanın dişi bərk ağrıyır və heyvanat parkının işçiləri bunu anlamırlar. Əgər meymun “iPad” planşetindən istifadə etsə, o, sadəcə ekranda dişin fotosuna sıxacaq və biz həmin dişi sağaldacayıq” – Simerman izah edib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL