waplog

Virtual oyun məşhur müğənnini “diriltdi”


Populyar “Angry Birds” oyununun istehsalçısı “Rovio” studiyası “Quenn” qrupunun solisti Freddi Merkurini sarı quş şəklində təsvir edib. Lələkli “Merkuri” ağ mayka geyinib və başında tac var.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Rovio” studiyası çəkdiyi kiçik cizgi filmini mərhum Freddi Merkurinin ad gününə həsr edib. Müğənni çarxda velosipedlə hərəkət edir və milyonlarla oyunçunun nifrət etdiyi yaşıl donuza rast gəlir. Onun başında, həmçinin tac var. Freddi Merkurinin baxışları ilə donuzun tacı əyilir.

Çarxda qrupun məşhur “Bicycle Race” mahnısı səslənir.
Çarx “Freddie For A Day” illik xeyriyyə aksiyası haqqında xatırlatma ilə bitir. Onu Londonda “Quenn” qrupunun musiqiçiləri Brayan Mey və Rocer Teylor artıq üçüncü dəfədir ki keçirirlər.

Bu tədbirdə toplanılacaq bütün vəsait SPİD-lə mübarizə ilə məşğul olan “Mercury Phoenix Trust” fonduna köçürüləcək.

“Rovio” vəsait yığımına kömək etmək üçün Merkuri Freddinin  “Angry Birds” stilində təsviri ilə futbolkalar istehsal edib. Onların satışından toplanılacaq bütün vəsait, həmçinin xeyriyyə fonduna köçürüləcək.
 
 "Biz heç olmasa, bu yolla “Freddie For A Day” xeyriyyə aksiyasına yardımçı ola bildiyimiz üçün xoşbəxtik. Biz yeni nəsillər üçün Freddi və Queen musiqisi haqqında xatirəni yadda saxlamağa kömək etməyə şadıq" – “Angry Birds” istehsalçıları bildiriblər.
Freddi Merkuri 1991-ci il noyabrın 24-də SPİD-dən dünyasını dəyişib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL