waplog

Kvant teleportasiyasında yeni rekord qeydə alınıb


Vyana Universiteti və Avstriya Elmlər Akademiyasında çalışan fiziklər kvant teleportasiyasında yeni rekord (143 kilometr) təyin ediblər. Alimlərin sözlərinə görə, onların nailiyyəti kvant mexanizmləri əsasında işləyən peyk kommunikasiyalarına doğru yol açır. Avstriyalı fizik Anton Zeylinqerin rəhbərliyi altında çalışan  alimlər qrupu iddia edir ki, onlar bir-birindən 143 km məsafədə yerləşən La Palma və Tenerife adaları arasında kvant teleportasiyası həyata keçirə biliblər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, kvant teleportasiyası sahəsində qeydə alınmış  əvvəlki rekord bir neçə ay bundan əvvəl təyin edilib. O zaman çinli alimlər 97 kilometr məsafədə kvant teleportasiyası həyata keçirmişdilər.

Alimlər bildiriblər ki, keçirilmiş sınağın əsas məqsədi məsafə olmayıb. Əsas məsələ məlumat mübadiləsinin kvant mexaniki effektlər vasitəsilə həyata keçirildiyi yeni tipli informasiya şəbəkəsinin yaradılması olub. Belə şəbəkə yalnız böyük tutumlu  məlumatları bir anda ötürmür, həm də ötürülən məlumatların təhlükəsizliyini təmin edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL