waplog

Azərbaycana mobil telefon idxalı 4,1 faiz azalıb


Yanvar-iyul aylarının yekunları üzrə Azərbaycana dəyəri 3791 min dollar olan 73812 ədəd mobil telefon gətirilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2011-cu ilin analoji dövrü ilə müqayisədə idxal olunan mobil telefonların sayı 4,1 faiz (ötən il 76950 ədəd mobil telefon idxal edilib), pulla ifadədə isə 17,1 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla təxminən 10-11 min ədəd mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 500-600 min dollar təşkil edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL