waplog

“Azneft” istehsalat proseslərinin avtomatlaşdırılması işlərini davam etdirir


Məlum olduğu kimi, hazırda Azərbaycanda bütün sahələrdə iş prosesinin daha səmərəli və müasir standartlara uyğun olaraq təşkili məqsədilə informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

  “Azneft” İstehsalat Birliyinin tikinti obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması işləri də bu qəbildəndir. “ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə,  tikintisi başa çatdırılmış H.Z. Tağıyev adına NQÇİ-nin “Buzovna sahəsində 3 və 4 saylı NQÇŞ-nin Neftyığma  Sahəsinin Neftin Suyun Kompleks Hazırlanması və Vurulması məntəqəsi müasir informasiya texnologiyaları və rabitə kommunikasiya elementləri bazasında yaradılmış texnoloji proseslərə avtomatik nəzarət və idarəetmə sistemi işə salınaraq neftçilərin istismarına verilib.

Sistem vasitəsilə rezervuarlarda mayenin səviyyəsinə radar tipli Rosemount çeviriciləri, təhvil verilən məhsulun miqdarına, təzyiqlərə, temperaturlara elmin son nailiyyətləri ilə istehsal olunmuş elektron analoq və rəqəmsal cihazlar vasitəsilə nəzarət olunur, məlumatlar operator otağında kompyuterdə istismarçı operatorlar üçün mnemosxem, cədvəl və qrafiklər şəklində əks olunur, arxivləşdirilir.

Rezervuar parkında yanğın təhlükəsizliyinə yüksək səviyyəli, müasir analoq-rəqəmsal elektron yanğından mühafizə sistemi vasitəsilə nəzarət olunur. İstehsalat prosesləri tam avtomatlaşdırılıb. Sistemin layihələndirilməsində, quraşdırılmasında, proqramlaşdırılmasında neftçilərin əmək və texniki təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL