waplog

2011-2012-ci tədris ilində 1300 nəfər pedaqoji işçi İKT üzrə təlimlərdən keçib


“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də kadr potensialının gücləndirilməsidir. Bu məqsədlə proqramda təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi, yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması məsələləri yer alıb.

Proqramın icrası çərçivəsində 2011-2012-ci tədris ilində 1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da Azərbaycanda ötən tədris ilində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfər olmaqla, 52 faizə çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, proqrama uyğun olaraq, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı da artırılıb: “Bundan başqa, “Bir şagird - bir kompyuter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün “http://www.mesafedenmekteb.edu.az/” təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub. Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb”.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL