waplog

Xəzər rayonunda telefon rabitə şəbəkəsi genişləndirilir


Bakının Xəzər rayonunda telefon rabitə şəbəkəsinin inkişafı istiqamətində yeni layihə həyata keçirilir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı BTRİB-in texniki direktoru Rəsul Qurbanov verib.

Onun sözlərinə görə, rayon ərazisində Dübəndi bağlar massivində yeni ATS binası tikilib, tutumu 896 nömrə olan NGN tipli ATS abunəçilərin istifadəsinə verilib.

EATS-453 Bilgəhin də yeni binası tikilərək tutumu 352 nömrə artırılaraq yeni NGN tipli stansiya ilə əvəz edilib. Ümumilikdə stansiyanın tutumu 1888 nömrəyə çatdırılıb. Bundan başqa Zugulbada 416 nömrəlik yeni NGN tipli EATS istifadəyə verilib. EATS-453 Buzovnanın tutumu 512 nömrə artırılaraq 1152 ADSL portu istifadəyə verilib.





RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL