waplog

Samsung” ilin sonunadək 30 milyon “Galaxy S III” smartfonu satmağı planlaşdırır


“Samsung Galaxy S III” smartfonunun satış həcmi cari ilin sonunadək  30 milyon təşkil edə bilər. Bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi “Samsung”un mobil bölməsinin direktoru Cey Kin Şinə istinadən bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, "Biz cari ildə 30 milyon ‘Galaxy S III’ smartfonu satmağı planlaşdırırıq" - Cey Kin Şin Cənubi Koreyanın Kütləvi İnformasiya Vasitələrinə (KİV) belə deyib. Bunun üçün “Samsung” şirkəti ilin sonunadək daha 10 milyon smartfon satmalıdır.

Qeyd edək ki, “Samsung” şirkəti smartfon seqmentində liderlik edir. “IDC” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübündə Cənubi Koreya şirkətinin bazar payı təxminən 32,6 faiz təşkil edib.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL