waplog

“Fujifilm” şirkəti fotoplyonkadan imtina edir


Yaponiyanın yeganə kinoplyonka istehsalçısı olan “Fujifilm” şirkəti gələn ilin əvvəlində onun istehsalını dayandıracaq. “Fujifilm” şirkəti artıq 80 ildir ki, kinokameralar üçün plyonka istehsal edir. Şirkət nümayəndələrinin sözlərinə görə, istehsalın dayandırılması haqqında müvafiq qərar onun gəlirli olmaması ilə əlaqədardır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Yaponiyanın Kinematoqrafçılar Cəmiyyətinin sədri Kitaro Kanemasu onların təşkilatının təxminən 80 il  “Fujifulm” şirkəti ilə işlədiyini qeyd edib və bu xəbərin onu məyus etdiyini nəzərə çatdırıb, çünki kinoplyonka – kino tarixinin bir  hissəsidir və rəqəmli kameralarla müqayisədə bəzi üstünlüklərə malikdir.

Şirkətdən bildirilib ki, “Fujifilm” daha əvvəllər çəkilmiş filmlərin ehtiyat köçürülməsi üçün nəzərdə tutulmuş xüsusi plyonka istehsalına davam edəcək.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL