waplog

“İnformasiya masası” mini-laboratoriyasının açılışı olub


Heydər Əliyev Fondu tərəfindən gözdən əlillərə hədiyyə edilmiş "İnformasiya masası" mini-laboratoriyasının açılışı olub.

Bununla bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətində keçirilən tədbirdə mini-laboratoriyaya daxil olan xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi barədə məlumat verilib.

Laboratoriyadakı avadanlıq vasitəsilə kor və zəif görən insanlar 15-20 dəqiqə ərzində asanlıqla istənilən mətn və ya kitab haqqında məlumat ala biləcəklər.

Eyni zamanda, bu avadanlığın köməyi ilə tamamilə görmə imkanları məhdud şəxslər istənilən şəkil və ya xəritənin qabartmalı təsvirini əldə edərək özlərində dəqiq təsəvvür yarada biləcəklər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL