waplog

Məhbuslar arasında intellektual oyun keçirilib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 nömrəli cəzaçəkmə müəssisəsində məhbuslar arasında “Breyn-ring” intellektual oyunu keçirilib.
BŞGİBİ-nin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə məhbuslara oyunun qaydaları və mahiyyəti haqqında məlumat verilib.

Sonra 6 komandanın iştirakı ilə yarış başlamışdır. Komandalara Azərbaycanın tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında suallar verilib.

İntellektual yarışmada suallara ən düzgün cavab verən “Şahin” komandası birinci yerə layiq görülmüşdür. “Ümid” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub.Hər üç komandaya diplomlar və xatirə hədiyyələri verilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL