waplog

SDU-nun bütün şöbə və laboratoriyaları kompyuterlərlə təchiz olunub


Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb.  “ICTnews” elektron xəbər xidmətinin SDU-ya istinadən verdiyi məlumata görə, ali məktəbin tələbələrinin və müəllim heyətinin tədris və elmi-tədqiqat prosesində informasiya-kommunikasiya texnologiyalarından  (İKT) geniş şəkildə istifadəsini təmin etmək məqsədilə bütün şöbə və laboratoriyalar kompyuter dəstləri ilə təchiz edilib. Artıq bir neçə aydır ki, universitet tələbələri və əməkdaşları yüksəksürətli “Wi-Fi” sistemi ilə internetdən universitetin hər bir yerində istifadə edə bilirlər.

Məlumat üçün bildirək ki, builki qəbul imtahanlarında elan olunmuş müsabiqə üzrə SDU-da tələbə qəbulu müsabiqəsi üzrə elan olunmuş yerlər 100 faiz dolub. Bu il 1000-ə yaxın yeni tələbə əyani, 200-ə yaxın tələbə isə qiyabi əsaslarla universitetdə təhsil almaq imkanı əldə edib.





CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL