waplog

Smaylikin 30 yaşı tamam oldu


2012-ci il sentyabrın 19-da telekommunikasiya sahəsində ən geniş yayılmış simvollardan biri olan smaylikin 30 yaşı tamam oldu. Belə ki, 1982-ci ildə Pitsburq (ABŞ, ştat Pensilvaniya) şəhərində yerləşən Karneqi-Mellon Universitetinin professoru Skott Falman ilk dəfə olaraq smayliki elektron məktubla göndərib.

Bu simvol iki nöqtə, defis və mötərizədən [:-)] ibarətdir. Universitet şəbəkəsi üzrə ötürülmüş  məktub müəllimlər üçün nəzərdə tutulmuşdu. Beləliklə, kompyuter söz ehtiyatında ilk dəfə "gülümsəyən sifət" beləcə yarandı.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Skott Falmanın elektron məktubu qısa və informativ idi: "Təklif edirəm ki, :-) piktoqramı xoşbəxtliyin rəmzi olsun".

Professor, həmçinin :- ( simvollarından ibarət piktoqram təklif etdi. Bu piktoqram ilk vaxtlar mesajların mətnindəki son dərəcə mühüm hissələrin nişanlanması üçün istifadə olunurdu. Hazırda kompyuter istifadəçiləri bu piktoqramdan əhval-ruhiyyələrinin pis olması haqqında bildirmək üçün istifadə edirlər.

XX əsrin 90-cı illərinin ortalarında şən və kədərli "təbəssüm"lərin dueti internet və mobil telefondan aktiv istifadə edən insanların ehtiyaclarını artıq təmin etmirdi və şəbəkədə emotikonların çoxsaylı variantları yarandı (elektron texnologiyalar sahəsində mütəxəssislər populyar piktoqramları belə adlandırırlar). Müxtəlif dillərdə danışan insanlara aydın olan "təbəssümlər" dərhal internetdən SMS mesajların göndərilməsi proqramlarına keçdi.

Smaylikin dəqiq yaranma tarixi 2002-ci ildə, Skott Falmanın kolleqalarla tarixi yazışması Karneqi-Mellon Universitetinin arxivində aşkar edildikdə bilindi.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL