waplog

Bill Qeyts Amerikanın ən varlı adamı olaraq qalır


“Microsoft”un banisi 66 milyardlıq mülkünə bu il daha 7 milyard əlavə edib.Bill Qeyts, Uorren Baffet və Larri Elison Amerikanın ən varlı 400 şəxsləri siyahısında lider olaraq qalırlar.

“Forbes” jurnalının versiyasına görə, “Microsoft”un banisi  66 milyardlıq mülkünə bu il daha 7 milyard əlavə edərək siyahının başında dayanıb. Ondan sonra 53 milyard dollarlıq mülklə Uorren Baffet və 49 milyard dollarla Larri Elison gəlir.

 “Kox İndustris Holdinq”inin sahibləri Çarlz Kox və Devid Koxun adları da ilk beşlikdədir. Nyu-York meri Maykl Blumberq isə 30 milyard dollarlıq mülklə ilk onluqda qərarlaşıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL