waplog

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Azərbaycanda internet azaddır"


"Biz, hətta Azərbaycanın ən ucqar regionlarında da internetə maneəsiz çıxış imkanı yaradırıq. İndi Azərbaycanda internet istifadəçilərinin sayı artıq 65 faizi ötüb. Azərbaycanda internet azaddır.
Biz kosmik sənaye yaradırıq. Bəziləri düşünə bilər ki, Azərbaycan buna hələ tam hazır deyildir. Ancaq biz kosmik sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu istiqamətdə işimizi davam etdirəcəyik. İnkişafın çox mühüm istiqaməti olan informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə reytinqdə biz regionumuzda lider mövqe tuturuq".
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimindəki çıxışından.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL