waplog

TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi davam edir


"Trans Asia-Europa" (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq  Gəncə-Daşkəsən  xəttinin tikintisi başa çatmaq üzrədir.  Bu barədə  "Aztelekom" İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.

Onun sözlərinə görə,  42 kilometrlik bir məsafənin 30 kilometrindən artıq hissəsində  kabel çəkilişi həyata keçirilib. "Ərazi çətin relyefə malik olduğundan işdə çətinliklər var. Ərazinin qayalıq hissələrində isə kabel xətləri havadan aparılır"- deyə o əlavə edib.

Texniki direktor daha sonra bildirib ki, bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli və  daha keyfiyyətli rabitə xidməti deməkdir. Daşkəsən rabitəsi  də TAE xəttinə qoşulduqdan sonra Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olacaq.

Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.

2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL