waplog

İnformasiya və rabitə xidmətləri sahəsində ÜDM istehsalı 1,7 faiz təşkil edib


Azərbaycanda Ümumi Daxili Məhsul istehsalının 1,7 faizi informasiya və rabitə xidmətlərinin payına düşüb.
 “ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin səkkiz ayı ərzində ölkə iqtisadiyyatında 35,1 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,3 faiz çox ümumi daxili məhsul istehsal edilib, onun hər nəfərə düşən həcmi 3838,4 manat (4883,4 ABŞ dolları) olub.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq 17,5 milyard manat təşkil etmiş, neft-qaz sektorunda isə 6,8 faiz azalıb.

ÜDM-in 51,9 faizi sənayedə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,6 faizi tikintidə, 6,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,8 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 28,3 faiz, informasiya və rabitə xidmətlərində 18,7 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 17,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 6,7 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,3 faiz artıb.Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil edib.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL