waplog

Bakı məktəblərində “3D” texnologiyalarının tətbiqi üzrə pilot layihənin genişləndirilməsi gözlənilir


Bakı məktəblərində “3D” texnologiyalarının tətbiqi üzrə pilot layihənin genişləndirilməsi gözlənilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda 18 №-li ümumtəhsil məktəbində pilot layihəsini həyata keçirən “AzNEXT” təşkilatının direktoru Səməd Abbasov bəyan edib.

“Sözügedən layihəni genişləndirib digər məktəblərlə də işləməyi planlaşdırırıq. Bu gün 18 №-li məktəbin biologiya otağında botanika, biologiya, zoologiya və anatomiya fənləri üzrə 100-dən çox interaktiv və realistik “3D” modellər və animasiyalar mövcuddur.

Bunlar əsasən insan və heyvanların bədən üzvləri, həmçinin bitkilərdir”. Gələn ilin əvvəlindən isə biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə 120-dən çox interaktiv laboratoriya işləri və eksperimentlər də mövcud olacaq. Bu, 6-cı sinifdən 11-ci sinfədək “3D” kontentinin istifadəsi üçün imkan yaradacaq, həmçinin kimya və fizika üzrə təhlükəli eksperimentlərin virtual şəkildə keçirilməsini mümkün edəcək”.

Bundan əlavə, artıq bu il proqram məhsulunun Azərbaycan dilinə uyğunlaşdırılmasına və tərcüməsinə başlanılacaq ki, bu da “3D” texnologiyalarının digər məktəblərdə də istifadə edilməsi üçün imkan yaradacaq: “3D proyeksiya texnologiyası interaktiv lövhə ilə inteqrasiya olunmuşdur ki, bu da şagirdlərə “3D” modellərlə işləməyə imkan verir və tədris prosesinin özünü daha maraqlı edir”. 

Onun sözlərinə görə, Amerikanın Optometrik Assosiasiyasının (AOA) araşdırmaları onu göstərir ki, “3D” texnologiyaları nəinki uşaqların görmə qabiliyyəti üçün təhlükəsizdir, onlar hətta görmə ilə bağlı gizli problemləri aşkara çıxarmağa imkan verir: “Müəllimlər diqqətli olmalıdır,  əgər uşağın görmə ilə bağlı hər hansı problemi varsa, bu zaman o, “3D” eynəklərindən istifadə edərkən narahatlıq hissi keçirəcək.

Bu isə həkimə müraciət edib elə ilkin mərhələdəcə görmə qabiliyyətinin pozulmasının qarşısını almağa imkan yaradacaq”. “Ənənəvi üsulların səmərəliliyini artıran qabaqcıl audio-vizual texnologiyaların tətbiqi təşkilatımızın fəaliyyət istiqamətlərindən biridir. Təhsildə “3D” texnologiyaları bunun bariz nümunəsidir. Biz Azərbaycanın təhsil sistemi çərçivəsində “3D” texnologiyalarının istifadəsinin genişləndirilməsinə hazırıq və yaxın zamanda müvafiq təkliflə Təhsil Nazirliyinə müraciət etməyi planlaşdırırq”, - deyə S.Abbasov qeyd edib.
 
HƏQİQƏT


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL