waplog

150 dollara uşaq planşeti (VİDEO)


“Oregon Scientific” şirkəti 6 yaşdan yuxarı uşaqlar üçün hazırlanmış “MEEP!” planşetinin satışlarına başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, mini-kompüter 1 QHs takt tezlikli “ARM Cortex-A8” prosessoru ilə təchiz olunub. 7 düymlü sensor ekran 800×480 nöqtə təsvir ölçüsünə malikdir.

Uşaqlar üçün nəzərdə tutulmuş planşet, həmçinin 512 MB əməli yaddaş, 4 QB tutumlu fləş-daşıyıcı, “MicroSD” kartları üçün slot, 0,3 meqapiksel matrisli ön kamera və “Wi-Fi” simsiz rabitə adapteri ilə təchiz edilib. Onun ölçüləri 145×96×18 millimetr təşkil edir.

Planşetə uşaqlar üçün optimallaşdırılmış interfeysə malik “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi (ƏS) quraşdırılıb. Valideyn nəzarəti üçün üsullar nəzərdə tutulub. Həmçinin planşetə inkişaf etdirici tətbiq və oyunlar quraşdırılıb.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL