waplog

"Lomonosov" super-kompüterinin gücü 20 petaflopsu ötəcək


Moskva Dövlət Universiteti "Lomonosov" super-kompüterinin gücünü 1,5-2 ildən sonra 21-25 petaflopsadək çatdırmağı planlaşdırır. Bu barədə jurnalistlərə universitetin rektoru Viktor Sadovniç bildirib.

"Biz hazırda “Lomonosov” super-kompüterinin gücünün 10 petaflopsadək çatdırılması üçün infrastrukturu başa çatdırırıq. Hesablama gücünü 1,5-2 ildən sonra 21-25 petaflopsa çatdırmağı planlaşdırırıq. Əgər biz bunu edə bilsək, o zaman belə maşınlara malik ölkələrin üçlüyündə yer ala bilərik" - universitetin rektoru mətbuat konfransında bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, Moskva Dövlət Universitetinin rektoru Rusiya prezidenti Vladimir Putindən bu işdə onlara kömək etməyi xahiş edib.

2012-ci ilin iyununda tərtib edilmiş “Top500” reytinqinə əsasən, Livermor Milli Laboratoriyasında quraşdırılmış Amerikanın “Sequoia” sistemi dünyanın ən güclü super-kompüteridir. Onun məhsuldarlığı 16,32 petaflops (saniyədə kvadrillion əməliyyat) təşkil edir. Rusiyanın ən sürətli super-kompüteri olan "Lomonosov" reytinqdə 22-ci yerdə qərarlaşıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL