waplog

Naxçıvanda 72 poçt şöbəsi tam kompüterləşdirilib


Naxçıvan Muxtar Respublikasındakı (MR) 72 poçt şöbəsi tam kompüterləşdirilib və onlar “COLVİR” sisteminə qoşulub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Naxçıvan MR Rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov məlumat verib.

Onun sözlərinə görə, server quraşdırıldıqdan sonra  həmin poçt şöbələrinin bank və maliyyə xidmətlərinin göstərilməsi üçün heç bir problem yoxdur.

Nazir müavini layihənin həyata keçirilməsi üçün bu məqsədlə "Azərpoçt" MMC-nin mütəxəssislərindən ibarət qrupun  Naxçıvanda olduqlarını da söylədi. Ə Mikayılov daha sonra  digər poçt şöbələrinin də sistemə qoşulacağını dedi.

Poçt şöbələri müvafiq lisenziyalarla təmin edildikdən sonra  vətəndaşlara depozit qəbulu və kredit verilməsindən başqa bütün bank xidmətləri göstəriləcək.  Eyni zamanda bu poçt şöbələrində valyutadəyişmə xidməti də tətbiq ediləcək.

RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL