waplog

Məşhur şoumen : “Həyatımı informasiya texnologiyalarsız təsəvvür edə bilmirəm”


"Həyatımı informasiya texnologiyalarsız təsəvvür edə bilmirəm. Təsəvvür edin, səhər yuxudan oyanandan yatana qədər texnologiyalarla təmasda oluruq". Bu barədə "ICTnews" elektron xəbər xidmətinə məşhur şoumen Murad Dadaşov məlumat verib. "Bu gün informasiya texnologiyaları sürətlə inkişaf edib.

Ölkəmizdə İKT sektorunun belə inkişafı təqdirəlayiq haldır. Bu gün mənzillərimizə "Smart ev" kimi qabaqcıl texnologiyaların tətbiqi hər birimiz üçün maraq doğurur"- deyə o bildirib.

Murad Dadaşov "Bakinternet" internet provayderin  xidmətlərindən geniş şəkildə istifadə edir və bildirdiyinə görə, internetə çıxışla bağlı hər hansı bir problem yaşamayıb. Şoumen kommunal xidmət haqlarını plastik kartla ödəməklə bütün elektron xidmətlərdən yararlana bilir. "Bildiyimə görə, yaxın günlərdə bütün xidmətlərin elektronlaşdırılması işləri baş tutacaq. Bu, çox böyük bir işdir".





RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL