waplog

Elektron imza itirildikdə necə bərpa olunur?


Vətəndaş ona verilmiş sertifikat kartını itirərsə, dərhal Milli Sertifikat Xidmətləri mərkəzinə müraciət etməlidir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə,  bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzinin (MHM) baş mütəxəssisi, «E-imza» layihəsinin rəhbəri Nadir Rəsulov danışıb.

O bildirib ki, hər bir elektron imza kartının üzərində MHM-in əlaqə nömrəsi var: «Eləcə də 157 sorğu xidmətimiz vardır. İstənilən imza sahibi öz kartını itiribsə, yaxud onun kodunun kimə aid olmasında müəyyən şübhələri varsa, sorğu mərkəzinə zəng eləyib məlumat verməlidir».

N.Rəsulov bildirib ki, elektron imza almaq üçün müraciət ərizəsi doldurulduqda bu zaman gizli  sual-cavab bölməsinə xüsusi fikir verilir. Onun sözlərinə görə, operator vətəndaşın ad-soyadını daxil edərkən sistem avtomatik olaraq gizli sual-cavabı tələb edir: «Kartın əsl sahibi qeydiyyata alındıqdan sonra, həmin kart bloka salınır. Yəni elektron sertifikat kartını itirmiş hər bir şəxs bu qayda ilə mərkəzə zəng edərək öz kartını bloka sala bilər.

Bu məsələdə əsas məsuliyyət vətəndaşın üzərinə düşür. Bizim üzərimizdə olan məsuliyyət isə odur ki, biz onun kartının aktuallığını saxlayırıq və təsdiq edirik ki, sertifikatın əsl sahibi filankəsdir. Həmin şəxsin sənədlərini yenidən yoxlayıb, tutuşdurduqdan sonra onun elektron imza üçün sertifikat kartı təsdiqlənərək bərpa olunur".

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL