waplog

“Samsung Electronics” şirkəti “Galaxy S III mini” smartfonunu rəsmən təqdim edib


“Samsung Electronics” şirkəti “Galaxy S III mini” smartfonunu rəsmən təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy S III mini” aparatı “Android 4.1 (Jelly Bean)” platforması ilə təchiz edilib. Smartfon 4 düym diaqonallı “Super AMOLED” ekrana malikdir. “S III mini” smartfonu onunla işləməyi asanlaşdıran intellektual texnologiyalarla təchiz edilib.

“S Voice” səsin tanınması texnologiyası smartfonu blokdan çıxarmaq üçün səs əmrlərindən istifadə etməyə imkan verir. Səs əmrləri vasitəsilə, həmçinin mahnıları oxutmaq, gurluğu sazlamaq, kameranı işə salmaq və fotolar çəkmək mümkündür.

“Samsung Galaxy S III mini”, həmçinin jestləri tanıyır. “Smart Stay” funksiyası ön kamera vasitəsilə gözlərin hərəkətini qeydə alır və istifadəçi ekrana baxan müddətdə onun işıqlanmasını saxlayır. “Smart Alert” xəbərdarlıq funksiyası istifadəçi telefonu əlinə götürən kimi buraxılmış zəng və ya mesajlar haqqında xəbərdarlıq edir. “S Beam” funksiyası 10 MB həcmində musiqi faylları ilə 2 saniyə ərzində mübadilə etməyə imkan verir.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL