waplog

“Yahoo” internet reklam bazarında mövqelərini itirir


Cari ilin ikinci rübündə “Yahoo” şirkəti üçün o qədər də yaxşı olmayıb. Belə ki, “Yahoo” şirkətinin ümumi qazancı illik hesablama üzrə 23% azalaraq 1,22 milyard dollar təşkil edib. “Yahoo” nümayəndələri bildiriblər ki, real qazanc 1,07 milyard dollar təşkil edib. Bu da keçən ilin ikinci rübü üzrə göstəricidən 5% aşağıdır. Bu məlumatlar analitiklərin proqnozları ilə uyğun gəlir. Xatırladaq ki, analitiklər “Yahoo” şirkətinin qazancının 1,11 milyard dollar olacağını bildirmişdilər.
“Yahoo” rəhbərliyi yaranmış vəziyyətin səbəbini şirkətin reklamlarına olan tələbatın azalmasında görüb. "Biz gəlirin azalması ilə rastlaşdıq. Söhbət 2011-ci ilin ikinci rübündəki göstəricilərdən gedir. Bu vəziyyət bizim şirkətimizin strukturunun yenidən təşkil edilməsinə səbəb oldu, amma bu, reklam biznesinin kəskin artmasına gətirib çıxaracaq"- deyə şirkətin baş direktoru Kerol Barts bildirib .


infox.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL