waplog

“Apple” şirkəti “Samsung”un mühəndisini ələ keçirib


“Apple” şirkəti əvvəllər “Samsung”da işləmiş prosessor layihəçisi Cim Merqardı (Jim Mergard) işə götürüb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Merqard 2012-ci ilin iyununda “Samsung”da işləməyə başlayıb

. O, serverlər üçün “ARM” arxitekturasında prosessor hazırlanması ilə məşğul olurdu. Merqard bundan əvvəl 16 il “AMD” şirkətində çalışıb. O, noutbuklar üçün “AMD Brazos” prosessorunun yaradılmasında həlledici rol oynayıb.

Mühəndisin “Apple”-da məşğul olacağı iş barədə məlumat verilmir. Onun “AMD” şirkətindən keçmiş kolleqası Patrik Murxed (Patrick Moorhead) “The Wall Street Journal”-a verdiyi müsahibəsində bildirib ki, Merqard güman ki "mak" üçün prosessor hazırlanması ilə məşğul olacaq.Qeyd edək ki, “Apple” və “Samsung” dünyanın iki ən böyük smartfon istehsalçısıdır.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL