waplog

“Rabitə” üstünlüyünü qoruyur


Qətərdə keçirilən klublararası Dünya çempionatında qadınlardan ibarət Bakının “Rabitə” voleybol komandası ilk matçına çıxıb. Baş məşqçi Marçello Abbondantsanın komandası Braziliya “Sollis Nestle”si ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi ilk seti 25:22 hesablı üstünlüklə başa vurub.

Lakin sonrakı setlərdə zəif təsir bağışlayan “Rabitə” 20:25, 19:25, 20:25 hesabı ilə uduzub. Nəticədə komandamız ilk oyunundan məğlub ayrılıb – 1:3.

Məğlubiyyətə baxmayaraq, “Rabitə” A qrupundan yarımfinala vəsiqə şanslarını qoruyur.  Bunun üçün təmsilçimiz bu gün Çinin "Bohay Bank" klubuna istənilən hesabla qalib gəlməlidir.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL