waplog

Avropada kosmik tullantıların monitorinqi üçün yeni radar hazırlanıb


Avropa Kosmik Agentliyi (AKA) yerətrafı orbitdə təhlükəli kosmik zibillərin axtarılması üçün nəzərdə tutulmuş yeni radar hazırlanması haqqında bəyan edib. Radarın sınaq versiyası İspaniyada işə salınıb. AKA bildirib ki, bu layihənin hazırlanmasında orbitdə kosmik aparatların təhlükəsizliyinin təmin olunmasında maraqlı olan Avropanın bir neçə peyk operatoru iştirak edib. Radarın hazırlanması və tikintisi təxminən 1.5 ilə başa gəlib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni radar Madrid şəhərinin 30 kilometrliyində yerləşir və qurğunun birinci sınaq işə salınması noyabrın ortasına gözlənilir.

Radarı layihələşdirmiş “Indra Espacio” şirkətindən verilən məlumata əsasən, radarın hazırlanması layihəsinə təxminən 5 milyon avro dəyərində sərmayə yatırılıb və yerətrafı  kosmik zibilin monitorinqi üçün radarın yaradılması layihəsinə 2010-cu ildə start verilib.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL