waplog

Çinin ən zəngin İT rəhbərlərinin siyahısı dərc edilib


"Hurun Research Institute" Elmi Tədqiqat İnstitutu Çinin ən zəngin İT rəhbərlərinin siyahısını dərc edib. Birinci yerdə Çinin "Baidu" axtarış sisteminin ən iri səhmdarı olan Li Yanxun qərarlaşıb. "Hurun"un versiyasına görə, 44 yaşlı Linin varidatı 46 milyard yuan (təxminən 7,3 milyard dollar) dəyərində qiymətləndirilir. Bu göstərici ötən illə müqayisədə 12 faiz azdır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ikinci yerdə Ma Huaten qərarlaşıb. O, "Tencent" şirkətinin təsisçisidir və onun əsas məhsulu Çində ən populyar "QQ" onlayn ünsiyyət xidmətidir. Huatenin varidatı 36 milyard yuan dəyərində qiymətləndirilir və ötən illə müqayisədə 16 faiz artıb. Üçüncü  yerdə isə "Netease" korporasiyasının sədri Din Ley qərarlaşıb və onun varidatı 21,5 milyard yuan dəyərində qiymətləndirilir.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL