waplog

Gəncədə nanotexnologiyaların tətbiqi ilə torpaqların fitosanitar təmizlənməsi layihəsinə start verilib


Gəncədə nanotexnologiyaların tətbiqi ilə torpaqların fitosanitar təmizlənməsi layihəsinə start verilib. Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumata görə, layihə “EkoRenossans” İctimai Birliyinin xətti ilə həyata keçirilir.

Layihənin məqsədi texnogen və digər elementlərlə çirklənmiş torpaqların bitkilərlə təmizlənməsinin təbliği və təşviqidir: “Layihəyə əsasən, yeni texnologiyaların tətbiqi ilə şəhərdə daha çox tullantılara məruz qalan Gil Torpaq İstehsalat Birliyinin ərazisində 1 sot torpaqda təcrübə aparılıb. Ayrılmış sahədə qarğıdalı və günəbaxan bitkiləri əkilib. Məhz bu bitkilərin seçilməsi təsadüfi deyil. Günəbaxan və qarğıdalı bitkiləri torpaqda olan çirkli elementləri daha tez və effektiv təmizləyir”.

Məlumatda daha sonra bildirilir ki, torpaqdan götürülən maddələrin laborator müayinəsi son dövrlərdə torpağın çirklənməsinin sürətləndiyini göstərir.

Qeyd edək ki, “EkoRenossans” İctimai Birliyinin ATƏT-in Torpaqların Təmizlənməsi proqramı çərçivəsində reallaşan 1 illik layihə artıq sonuncu mərhələdədir. Layihə noyabr ayında başa çatacaq.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL