waplog

“ITU WORLD TELECOM 2012” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "ITU WORLD TELECOM 2012" beynəlxalq sərgi və konfransı öz işinə başlayıb.

Dünyanın 193 ölkəsindən 700-dən artıq şirkət, elm, informasiya-kommunikasiya texnologiyaları sahəsini özündə birləşdirən Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi bu sərgi-konfransda  Azərbaycanı Rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasovun rəhbərliyi ilə 63 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 20-dən artıq İT şirkəti, özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri təmsil edirlər.    
 
Sərginin VİP zalında 230 kvadratmetrlik sahədə Azərbaycanın milli pavilyonu təşkil olunub. Burada ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr – "Azerspace", Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), "Elektron hökumət", "Elektron imza", nanotexnologiyalar, rəqəmsal televiziya, son mobil texnologiyalar olan "3G" və "4G" xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL