waplog

Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir


Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir. Belə ki, 2013-cü ilin yanvarın 1-dən ünvanlar yeni qaydalara əsasən veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, bu il ərzində dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər davam etdirilib: "Azərbaycan Respublikasının ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin  kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində işlər görülüb.

2012-ci ilin 9 ayı ərzində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər dövlətlərin aidiyyəti qurumları ilə, o cümlədən Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın "KfW" Bankı, Norveç Kadastr Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), USAİD,  Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, "Evrogeorafiks", Avropa İttifaqının "Tvinninq" və "TAİEX" təşkilatları ilə əməkdaşlıq həyata keçirilib". Hesabat müddətində Dünya Bankının həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində tədbirlər, o cümədən qeydiyyat və kadastr üzrə yeni İT sisteminin hazırlanması ilə bağlı işlər də davam etdirilib".

Komitədən qeyd edilib ki, gələcək fəaliyyət çərçivəsində də həyata keçiriləcək işlər müəyyənləşib. Belə ki, fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflıgın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və bu sahədə görülən işlərin daha da sürətləndirilməsi gündəmdə olacaq.

Bununla yanaşı, komitənin informasiya texnologiyaları sistemlərinin imkanlarının artırılması, informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı işlər sürətləndiriləcək. Həmçinin daşınmaz əmlakın vahid kadastrının tərtibi ilə bağlı Bakı və Sumqayıtda həyata keçirilən kadastr layihələrinin başa çatdırılması, Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı Norveç layihəsinin icrasının nəzarətdə saxlanılması da diqqətdə olacaq.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL