waplog

İnformasiya Texnologiyaları İnstitutunda “Hostinq” xidməti fəaliyyətə başlayacaq


“AzScienceNet” Elm Kompüter Şəbəkəsində (EKŞ) respublikanın elm və təhsil müəssisələri üçün “Hostinq” xidmətinin, onlayn videokonfransların, regionlar üçün distant tədris və digər xidmətlərin təşkili istiqamətində işlər aparılır.
 
“AzScienceNet” EKŞ-nin serverlərində yerləşdirilmiş saytlarda “Hostinq” xidmətlərinin genişləndirilməsi məqsədilə müştəri portallarının yaradılması, eləcə də AMEA-nın institut və təşkilatlarında beynəlxalq videokonfransların keçirilməsi imkanlarının reallaşdırılması nəzərdə tutulub.
 
AMEA-nın institut və təşkilatlarının web-saytlarının “AzScienceNet” şəbəkəsində yerləşdirilməsi, həmin saytların daha təhlükəsiz və səmərəli idarəolunmasına imkan yaradacaq.
 
Qeyd edək ki, “Hostinq” xidməti web səhifələrin, web-saytların, web-portalların və digər web üzərində işləyən proqramların serverlərimizdə yerləşdirilməsinə cavab verir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL