waplog

“Apple” ən böyük məlumat mərkəzinin tikintisinə başlayıb


“The Oregonian” qəzetinin məlumatına görə, “Apple” şirkəti ABŞ-ın Oreqon ştatının Prinvill şəhərində nəhəng məlumat mərkəzinin  tikintisinə başlayıb. Hazırda Apple” şirkətinin ən böyük məlumat mərkəzi Meyden (Şimali Karolina, ABŞ) şəhərində yerləşən istehsal obyektidir. Bu məlumat mərkəzi “iCloud” və qismən “iTunes”  xidmətinin fəaliyyətini təmin edir. Oreqon ştatında tikiləcək yeni məlumat mərkəzi daha böyük olmalıdır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti hələ ki məlumat mərkəzinin tikintisi haqqında yazılanlara şərh verməyib. Lakin şirkətdəki mənbələrin məlumatına görə, Oreqon ştatında tikiləcək məlumat mərkəzi elektriklə ekoloji cəhətdən təmiz mənbələrdən (birinci növbədə su və külək) təchiz ediləcək.

“The Oregonian” yazır ki, binaların tikintisi 68 milyon dollara başa gələcək, həm də şirkətin artıq Oreqon ştatında kiçik məlumat mərkəzi mövcuddur. Yeni məlumat mərkəzinin tikintisindən sonra şirkətin kiçik məlumat mərkəzindən istifadədən imtina edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, “Maverick” kimi tanınan məlumat mərkəzinin tikinti layihəsi hazırda şəhər hakimiyyəti ilə müzakirə edilir.

Qeyd edək ki, məlumat mərkəzini bu yaxınlarda “Facebook”un Oreqon ştatında tikdiyi mərkəzdən cəmisi 1 kilometr uzaqlıqda ucaltmaq planlaşdırılır.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL