waplog

“Facebook” əsas funksiyasından birini ləğv etdi


“Facebook” administrasiyası adi istifadəçilər üçün “Questions” funksiyasını deaktiv edəcəyini bəyan edib. Qeyd edək ki, bu funksiya ilk dəfə 2010-cu ildə istifadəyə verilmişdi və hələlik sosial şəbəkə istifadəçilərinə öz divarlarında hər hansı suallar dərc edərək dostları arasında mini-sorğular keçirməyə imkan yaradır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, funksiya kifayət qədər populyarlıq əldə etmədiyinə görə  istehsalçılar sosial şəbəkənin digər elementlərinin inkişafı ilə məşğul olmağa qərar veriblər. Bununla belə “Facebook”da qrup və ictimai səhifə administratorları sorğuları keçirmək imkanını saxlayacaqlar, çünki bu funksiya hər hansı məsələ ilə bağlı ictimai rəyi öyrənməyə imkan verir.







EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL