waplog

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prezidentə təqdim olunacaq


“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təqdim olunacaq. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov açıqlama verib.

E.Aslanov xatırladıb ki, ötən il konsepsiyanın hazırlanması ilə bağlı prezident sərəncam imzalayıb və proqramın hazırlanması ilə bağlı müvafiq qurumlar iş aparıblar. O əlavə edib ki, bu strategiya Azərbaycanın yalnız iqtisadi və sosial inkişafını deyil, həmçinin 2020-ci ildə Azərbaycanda demokratik təsisatların daha təkmilləşdirilmiş şəkildə olmasını, QHT-lərin Azərbaycanda fəaliyyətini, üçüncü sektorun cəmiyyətin həyatında daha fəal rol oynamasını və digər məsələləri özündə əks etdirir.






SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL