waplog

Yeni neyrokontroller insanlara emosiyalarına nəzarət etməyə yardımçı olacaq


Kanadanın “InteraXon” şirkətində çalışan mühəndislər “Muse” adlı yığcam neyrokontroller hazırlayıblar. O, beyin fəallığının siqnallarını izləyir və informasiyanı xüsusi tətbiq quraşdırılmış planşet kompüterə göndərir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, istehsalçıların sözlərinə görə, qurğu insanların emosiyalarına nəzarət etməsində yardımçı olacaq.

Beyin fəallığının konkret göstəricilərini araşdıraraq kiçik təcrübədən sonra istəyə görə rahatlaşmaq, təcavüzü saxlamaq və s. öyrənmək olar.  Neyrokontroller 4 ədəd datçiklə təchiz edilmiş yığcam qurğu şəklində hazırlanıb.

İstehsalçılar hələlik “Muse” neyrokontrollerinin 1 ədədinə 135 dollardan ilkin sifariş qəbul edirlər. “InteraXon” şirkəti qurğunun böyük gələcəyinə inanır.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL