waplog

Böyük Britaniyada analoq televiziya erası başa çatdı


Böyük Britaniyada analoq televiziyası erası rəsmi olaraq başa çatdı. Yerli KİV qeyd edib ki, hazırda ölkə ərazisində yayım yalnız rəqəmli formatda həyata keçirilir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Şimali İrlandiyanın ən ucqar rayonlarının sakinləri yeni standarta keçən sonuncu britaniyalılar olub.

Qeyd edək ki, Böyük Britaniyada rəqəmli televiziyaya keçid 2006-cı ildə başlanıb. Britaniyalılar təxminən 40 kanala müasir formatda baxmaq imkanı əldə etmişdilər. Mütəxəssislərin hesablamalarına  əsasən, yeni texnologiyaya keçid ölkəyə 630 milyon funta (təxminən 1 milyard dollar) başa gəlib.

Bununla belə, gələcəkdə belə yayım formatı tezliklərdən istifadəyə mühüm dərəcədə qənaət etməyə imkan verəcək, çünki bir tezlikdə yayımlanan bir analoq telekanalının əvəzinə bir neçə rəqəmli telekanal yayımlana bilər.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL