waplog

Distant təhsillə bağlı layihəyə Gürcüstanın Siqnaxi şəhərindən də şagirdlər cəlb edilib


Azərbaycanda həyata keçirilən distant təhsillə bağlı layihəyə Gürcüstanın Siqnaxi şəhərindən də şagirdlər cəlb edilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Nobel-T” MMC-nin direktoru Salam Əliyev məlumat verib. Onun sözlərinə görə, cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu uşaqlara göstərilən diqqət və qayğı son illər xeyli artıb: “Bu sahədə Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr xüsusi rol oynayır.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün  “Elektron Təlimləndirən Sistemlər” layihəsi icra olunur.

Həmin sərəncamı nəzərə alaraq, Gürcüstanda internatda yaşayan sağlamlıq imkanları məhdud olan iki azərbaycanlı Roman Səməd oğlu Əliyev və Mamed Xazbieviç Karsanaşvili adından “Siqnaxi region fiziki qüsurluların sosial terapiyası” cəmiyyətinin rəhbərliyi Təhsil Nazirliyinə müraciət edib və bu uşaqların distant təhsilə qoşulmalarını xahiş edib.Təhsil Nazirliyi bu müraciətə müsbət baxaraq onların distant təhsil almalarına imkan yaradıb”.

Beləliklə, oktyabrın 26-da sağlamlıq imkanları məhdud olan uşaqlar üçün  “Elektron Təlimləndirən Sistemlər” layihəsinin rəhbəri Salam Əliyevin rəhbərliyi ilə Bakıdakı 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov, Odlar Yurdu Universitetinin nümayəndəsi Səbinə Əliyeva, “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyinin nümayəndəsi Sənan Süleymanov, Bakıda Britaniya məktəbinin nümayəndəsi Ələkbər Ələkbərov Gürcüstanın Siqnaxi şəhərinə gediblər.

Gürcüstanın Siqnaxi şəhərində fiziki qüsurlu uşaqlar üçün Distant təhsil mərkəzinin açılışı olub.Tədbirdə Siqnaxi bölgəsinin Sosial təminat şöbəsinin direktoru Zurab Zurabaşvili, Siqnaxi Musiqi məktəbinin direktoru Ketevan Raybuli və Siqnaxi internat məktəbinin rəhbəri Qela Qliqvaşvili, Belçikadan gələn qonaqlar, gürcü ziyalıları və digər rəhbər şəxslər iştirak ediblər: “Sağlamlıq imkanları məhdud olan bu iki azərbaycanlı uşaqlara iki ədəd kompüter, qulaqcıqlar və İKT avadanlıqları ilə bərabər, Azərbaycan dilində kitablar təntənəli şəkildə təqdim edilib. Bu iki azərbaycanlı uşağın Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyindəki distant təhsil sisteminə qoşularaq Azərbaycan dilini öyrənmələri üçün şərait yaradılıb”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL