waplog

TERENA Baş Assambleyasının 38-ci toplantısı keçirilib


24-25 oktyabr 2012-ci il tarixlərində Paris (Fransa) şəhərində TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 38-ci toplantısı keçirilib. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlərə baxılıb.

Eləcə də “ASPIRE” (A Study on the Prospects of the Internet for Research and Education – Elmi tədqiqat və təhsil üçün İnternetin gələcək perspektivlərinin tədqiqi) layihəsi ilə bağlı yeniliklər və təşkilatın 2013-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunub.  

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilib. E-elmin şəbəkə platforması və infrastrukturu olan “AzScienceNet” Elm Kompüter şəbəkəsi YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınıb. İnstitut Avropanın müxtəlif ölkələrində TERENA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirak edir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL