waplog

“Samsung” şirkəti smartfon bazarının 33 faizinə sahiblənib


2012-ci ilin üçüncü rübünün nəticəsinə görə "Samsung" şirkətinin smartfon bazarındakı payı 31 faizə qədər artıb. "IDC" tədqiqat şirkətinin məlumatına əsasən, Koreya şirkəti 3 ay ərzində 56,3 milyon smartfon satıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, smartfon bazarında "Samsung"un əsas rəqibi olan Amerikanın "Apple" şirkəti yalnız 26,9 milyon smartfon satıb və bazar payı 15 faiz təşkil edib.

Digər şirkətlərin göstəriciləri isə aşağıdakı kimidir: Kanadanın "Research In Motion" (RIM) şirkətinin bazar payı 4,3 faizə qədər, "HTC"-də isə 4 faizə qədər azalıb. Lakin "ZTE"-nin bazar payı 3,3-dən 4,1 faizə qədər artıb.

Məlumat üçün qeyd edək ki, 2011-ci ilin üçüncü rübü ilə müqayisədə cari ildə smartfonların satış həcmi 45.3 faiz artıb.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL