waplog

“Nokia” daha ən böyük smartfon istehsalçısı deyil


“Nokia” şirkəti tərəfindən rüblük hesabat nəşr edildikdən sonra “Nomura” yapon investisiya bankı yeni proqnozlar dərc edib. Belə ki, artıq “Nokia” şirkəti daha ən böyük smartfon istehsalçısı deyil. Aprel–iyun aylarında fin şirkəti 16,7 milyon "ağıllı telefon" tədarük edib. Bir gün əvvəl isə analoji dövr üçün 20.3 milyon “iPhone” satmış “Apple” şirkəti öz nailiyyətlərindən danışıb.
Bundan başqa, analitiklər “Samsung” şirkətinin də yaxşı satışlar haqqında hesabat verəcəyinə şübhə etmirlər. Ekspertlər Cənubi Koreya korporasiyasının smartfonlarına fövqəladə yüksək tələbat olduğunu qeyd ediblər.
O, “Android”, “Bada” və “Windows Phone 7” platformalarında aparatlar istehsal edir. “Samsung” şirkətinin ikinci rübdə təxminən 19-20 milyon aparat satdığı güman edilir. Beləliklə, smartfonların ən böyük istehsalçıları reytinqində birinci yer üçün “Apple” və Koreya şirkəti rəqabət aparır. 10 ildən çoxdur ki, bu seqmentdə liderlik etmiş “Nokia” şirkəti üçüncü mövqeyə enib.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL