waplog

Stiv Cobsun yaxtası hazırdır


Stiv Cobsun ölümündən 1 ildən çox vaxt ötdükdən sonra holland tərsanələrindən "Apple" həmtəsisçisinin son işi  olan "Venera" yaxtası işə düşüb. Cobs gəmi layihəsi üzərində fransalı dizayner Filipp Starkla birgə bir neçə il çalışmışdı.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Venera" yaxtasının ilk fotolarını və videosunu Hollandiyanın "One More Thing" resursu yerləşdirib. Gəminin suya salınması mərasimində Stiv Cobsun həyat yoldaşı Lorina və övladları iştirak edib.





Yaxtanın yaradılmasında zəhməti olan hər kəs tədbirdə iştirak edib. Onlara "iPod shuffle" pleyerləri hədiyyə edilib və minnətdarlıq bildirilib."Venera" yaxtasının korpusu alüminiumdan hazırlanıb. Buna görə də gəminin çəkisi yüngüldür və uzunluğu təxminən 70-80 metr təşkil edir.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL