waplog

Qeyri-adi kompüter “siçan”ı


“Thanko” şirkəti qarşıdakı qış mövsümü üçün daxili qızdırıcı elementə malik “USHOTM04” adlı kompüter “siçan”ı hazırlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qızdırıcı element sayəsində korpusun səthində temperatur 35-45 selsi dərəcə təşkil edir.

Konstruktorların fikrinə görə, bu həll soyuqlar düşən zaman əlverişli olacaq: istəkdən asılı olaraq əlin içini qızdırmaq üçün “siçan”ı hər iki ələ götürmək olar.

Kompüterə qoşulma “USB” interfeysi ilə həyata keçirilir. 1,4 metrlik kabeldəki xüsusi idarə bloku qızdırmanın intensivliyini tənzimləməyə və ya onu tam söndürməyə imkan verir.

Kompüter “siçan”ı 4 düymə və fırlatma təkəri ilə təchiz olunub və onun çəkisi təxminən 80 qramdır.
“USHOTM04” qurğusunun qiyməti 20 dollar təşkil edəcək.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL