waplog

CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi genişləndirilir


CDMA xidmətinin tətbiq səviyyəsinin artırılması üzrə işlər davam etdirilir. Həyata keçirilən işlər nəticəsində, hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə etmişdir. Artıq CDMA texnologiyalı simsiz telefon abunəçilərinin sayı 27 806 ədəddir.
Vətəndaşların dayanıqlı rabitədən istifadəyə daha çox üstünlük verməsi və CDMA üzrə baza stansiyalarının sayının az olması əhatə dairəsinin zəif olmasına səbəb olur ki, bu da xidmətdən istifadənin həcminin artmasına mənfi təsir göstərir. Bu problemin aradan qaldırılması üçün BTRİB şəbəkəsi üzrə CDMA stansiyalarının verilənlər bazasının tutumunun 20 000 nömrəyə çatdırılması üçün 4 ədəd əlavə yeni baza stansiyası “HUAWEI” şirkəti ilə bağlanmış müqavilə əsasında alınmış və hazırda onların quraşdırılması işləri aparılır. Bu sahədə ən ümdə problemlərdən biri də CDMA xidməti üzrə əhali arasında təbliğat və reklam işinin zəif olmasıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL