waplog

Məmmədov soyadlı telefon abunəçiləri yenə çoxluq təşkil edir


Rabitə sahəsində müxtəlif istiqamətdə təhlillər aparılır, nəticələr ümumiləşdirilir. Bunların içərisində ən maraqlılarından biri hansı soyadı daşıyan telefon abunəçilərinin çoxluğudur. Statistik hesablamalara görə, hələlik Məmmədov soyadlı telefon abunəçiləri çoxluq təşkil edir.

Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 57 min nəfərə yaxındır.

 Soyadlar üzrə abunəçi sayı belədir: Əliyev 43258, Məmmədova 29287, Hüseynov 27047, Əliyeva 22947, Həsənov 21092, Quliyev 20014, İsmayılov 15572, Əhmədov 14903, Hüseynova 14386, Abdullayev 13227, Abbasov 12550, Cəfərov 11411 abunəçi. Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL